Logo

Növbəti “CEO MeetUp Finance Prague” tədbiri keçirilib

29.10.2023 14:34 373 baxış
IMG

Praqa şəhərində “Caspian Energy Club Czechia”nın təşkilatçılığı ilə maliyyə məsələlərinin müzakirəsinə həsr olunmuş növbəti “CEO MeetUp Finance Prague” tədbiri keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan və Avropa ölkələrinin neft və qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərinin nümayəndələri iştirak ediblər.

Zaur Qədirov klubun fəaliyyəti, cari və gələcək layihələri haqqında iştirakçılara geniş məlumat verib.

“Caspian Energy Club” tərəfindən mütəmadi təşkil olunan tədbirlərin hər biri müxtəlif ölkələrin dövlət qurumları və sahibkarlar arasında beynəlxalq dövlət-biznes dialoqunun yaradılması, işgüzar əməkdaşlığın gücləndirilməsi, biznes sektorundakı yerli təşəbbüslərin öyrənilməsi üçün geniş imkanlar təqdim edən platformadır. Bu tədbir Çexiya bazarına çıxmaq istəyən sahibkarlar üçün yaradılmış unikal imkandır”, - deyə Z.Qədirov qeyd edib. 

Tədbir çərçivəsində iştirakçılar "Çexiyanın kriptovalyuta və maliyyə texnologiyaları sahəsindəki vəziyyət. Tənzimləyici mexanimzlərin inkişafı və imkanlar",“Çexiya Milli Bankının maliyyə sektorunun tənzimlənməsində rolu”, “Çex Respublikasının beynəlxalq maliyyədəki rolu” mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, Azərbaycan və Çexiyanın mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri, investisiya layihələri, əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Daha sonra tədbir iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkət nümayəndələri arasında ikitərəfli işgüzar görüşlərlə davam edib.

Xəbər lenti