Logo

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub - FOTO

30.10.2023 18:49 390 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin kollektivi fakültənin şəhid məzunu Elşən Salayevin məzarını ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Fakültənin dekan müavini Elnur Əbilov, Azərbaycan tarixi (humanitar elmlər üzrə) kafedrasının müdiri Azad Rzayev, müəllimlər Əsgər Zeynalabdinov, Aytən Abbasova-Quliyeva, Anar Cəfərov, Ədalət Qafarlı və tələbələr şəhidin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Elşən Salayev Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Müxtəlif medallarla təltif olunan Elşən Salayevin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

Xəbər lenti