Logo

BSU-nun şəhid məzunu Kənan Rüstəmlinin anım mərasimi keçirilib - FOTO

31.10.2023 13:35 363 baxış
IMG

Oktyabrın 31-də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

BSU-dan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində rektor müşaviri Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev, Tədrisin təşkili və tədris resuslarının şöbəsinin müdiri Nəsib Cəbrayılov çıxış ediblər. Çıxışılarda şəhid Kənan Rüstəmlinin yüksək mədəni səviyyəyə malik, milli-mənəvi dəyərlərimizə sadiq bir gənc olduğu vurğulanıb. Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağı qeyd edilib.

Sonra Vətən müharibəsi iştirakçısı, şəhid Kənan Rüstəmlinin kurs yoldaşı Ülvi Rəcəbov şəhidlə bağlı xatirələrini bölüşüb.

Xəbər lenti