Logo

BMU-da informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı təşkil olunub

31.10.2023 15:10 379 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) məktəblilərin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər (92 şagird) iştirak edib.

Şagirdlərə 3 saat ərzində 4 alqoritmik məsələni C, C++ proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti