Logo

AzTU-nun professoru Belarusda tələbələrə mühazirə oxuyub

01.11.2023 09:26 327 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Qasımov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin dəvəti ilə sözügedən ali məktəbdə səfərdə olub.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, bir həftəlik səfər müddətində professor Vaqif Qasımov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin bakalavr və magistr tələbələrinə “İnformasiya təhlükəsizliyinin təmin edilməsinin aktual məsələləri” mövzusunda mühazirə oxuyub. Mühazirə təhsilalanlar və universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Vaqif Qasımov səfər çərçivəsində universitetin aparıcı mütəxəssisləri və professor-müəllim heyəti ilə də görüşüb. Görüşlərdə AzTU ilə Belarus universitetləri arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti