Logo

BDU tələbələri Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə məlumatlandırılıb - FOTO

01.11.2023 14:40 419 baxış
IMG

"Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) baş tutacaq “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda Respublika elmi konfransı çərçivəsində tələbə-gənclərlə görüş keçirib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşün məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsidir.

Görüşdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş olunub.

Xəbər lenti