Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2023-cü il noyabrın 5-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirəcək.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər. İmtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.
İmtahan Bakı şəhərində 9 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmır.
Namizədlər imtahana gәlәrkәn aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
- şәxsiyyәt vәsiqәsi;
- imtahana buraxılış vәrәqәsi.
Tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahanların idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 27 imtahan rəhbəri, 213 nəzarətçi-müəllim və 27 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün 2405 nəfər qeydiyyatdan keçib. İmtahan 3 sааt dаvаm еdəcək.
İmtahanda namizədin seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 (bir) balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal) vә nәticәlәr hesablandıqda sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir.