Logo

UNEC-in əməkdaşı Litvanın Vitautas Magnus Universitetinin fəxri səfiri seçilib - FOTO

01.11.2023 17:50 421 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Litva Respublikasının Elm və Təhsil Nazirliyinin dövlət təqaüdünün qalibi olub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Nərgiz Hacıyeva, eyni zamanda, Vitautas Magnus Universitetinin (VMU) siyasi elmlər və diplomatiya ixtisasından magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə məzunu olaraq, VMU-nun fəxri səfiri seçilib.

Nərgiz Hacıyeva bu il noyabrın 10-da Vitautas Magnus Universiteti və Litvanın Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “VMU məzunlarının dayanıqlığı və optimizmi” adlı beynəlxalq məzunlar forumunda “Elmi səlahiyyətlərin yolu: Litvadan dünyaya” mövzusunda çıxış edəcək.

Xəbər lenti