Logo

ADNSU-da "İncəsənət tənqidçiləri və tədqiqatçılarının nəzərinə" adlı layihənin təqdimatı keçirilib - FOTO

01.11.2023 19:45 200 baxış
IMG

Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) YARAT Müasir İncəsənət Mərkəzinin əməkdaşlarının iştirakı ilə "İncəsənət tənqidçiləri və tədqiqatçılarının nəzərinə" adlı layihənin təqdimatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə İctimai proqramlar departamentinin koordinatoru Mina Abbasova, Təhsil departamentinin koordinatoru Leyla Məmmədzadə, Təhsil departamentinin meneceri Mələk Bayramlı iştirak ediblər. 

Təqdimat mərasimində çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq  təqdimatı keçirilən layihənin əhəmiyyətinə toxunub. A.Babayev texniki yönümlü ali təhsil ocağı olmasına baxmayaraq ADNSU-da incəsənət və yaradıcılıqla maraqlanan və bu sahədə təcübəli bir çox gəncin olduğunu qeyd edib.

İctimai proqramlar departamentinin koordinatoru M.Abbasova YARAT haqqında məlumat verib, təqdim olunan layihə haqqında təqdimatla çıxış edib. Layihənin məqsədi, müraciət qaydaları, tələblər və layihə çərçivəsində digər təkliflər barədə ətraflı məlumat verib. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti