Logo

Kino Agentliyinə gələn il üçün 10,5 milyon manat ayrılıb

01.11.2023 22:25 374 baxış
IMG

2024-cü ilin xərclərində cari ildə dövlətin adından yeni yaradılmış Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) publik hüquqi şəxs üçün 10,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Tehsil.biz xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd olunub ki, o cümlədən, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclər üçün 9,1 milyon manat vəsait nəzərdə tutulub.

Xəbər lenti