Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb.
Tehsil.biz xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 % çoxdur.
Təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8 %, ümumi büdcə xərclərində çəkisi isə 12,4 % təşkil edəcək.