Logo

AzTU alimlərinin layihəsi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

02.11.2023 00:18 520 baxış
IMG

Azərbaycan Elm Fondunun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Əsas Qrant Müsabiqəsi - 2023”ün qaliblərinin siyahısı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, qalib layihələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasının alimlərinin layihəsi də yer alıb.

AzTU alimlərinin müsabiqədə qalib olan “Yerli resurslar əsasında legirli poladlar və ferroərintilər istehsalı texnologiyalarının işlənməsi” adlı layihəsinin maliyyə həcmi 250.000 manatdır.

2 il müddətində yerinə yetiriləcək layihə universitet-sənaye işbirliyi kontekstində icra olunacaq. 

Xəbər lenti