Logo

“Xarıbülbülün vətəni – Şuşa” adlı ingilis dilində ustad dərsləri təşkil olunub - FOTO

02.11.2023 12:34 391 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv və “Xarıbülbülün vətəni – Şuşa” adlı ingilis dilində ustad dərsləri təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində keçirilən növbəti maarifləndirici dərslərdə “LANDAU School”un şagirdləri iştirak ediblər. İki hissədən ibarət olan dərslərin birinci hissəsində şagirdlərə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs olunub. Sonra H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya edilib.

Dərsin ikinci hissəsində isə şagirdlər üçün intellektual oyunlar keçirilib.

Xəbər lenti