Logo

Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş keçirilib - FOTO

02.11.2023 14:40 450 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin 2023-2024-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə rektor E.Babayev BDU tələbəsi adını qazanmış gəncləri qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza, yaxşı təhsil alacağınıza, xalqımıza, dövlətimizə layiq, peşəkar mütəxəssislər kimi yetişəcəyinizə əminəm”.

E.Babayev universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ulu Öndər Heydər Əliyev olduğunu bildirib. Rektor tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da fəal olmağı tövsiyə edib.

Xəbər lenti