Logo

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib - FOTO

02.11.2023 15:57 385 baxış
IMG

Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin professor-müəllim və tələbə heyəti qarşısında “Konformal simmetriya, zərrəciklər və fəza-zaman" ("Conformal symmetry, particles, and space-time") mövzusunda mühazirə ilə çıxış edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Məruzəçi əvvəlcə relativistik zərrəciklərin, sahələrin və fəza-zaman strukturunun kvant nəzəriyyəsinin vahid təsviri üçün uyğun riyazi struktur kimi konformal həndəsənin öyrənilməsinin ümumi mənzərəsini verib.  Sonra o, Minkovski fəzasının konformal həndəsəsi və onun bəzi ümumiləşdirilmələri ilə iştirakçıları tanış edib. Nəhayət, o, radial konformal çevrilmələrin qara dəliklərlə əlaqəli olan işıq konusu brilyantları və bifurkasion üfüqləri, eləcə də cəbri kvant sahəsi nəzəriyyəsi kontekstində tətbiqindən danışıb.

Mühazirə müəllim və tələbələr tərəfindən maraqla dinlənilib. Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Mühazirədən sonra Martin Rainerə sertifikat təqdim olunub.

Xəbər lenti