Logo

BDU Türkiyənin Tokat Qaziosmanpaşa Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

03.11.2023 10:31 406 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Tokat Qaziosmanpaşa Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Protokolu BDU-nun rektoru  Elçin Babayev və Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin rektoru Fatih Yılmaz imzalayıb. Protokol çərçivəsində təhsilalanların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1992-ci ildə qoyulmuş Tokat Qaziosmanpaşa Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 35000 tələbənin təhsil aldığı Tokat Qaziosmanpaşa Universitetində 17 fakültə, 13 peşə məktəbi, bir institut fəaliyyət göstərir.

Xəbər lenti