Logo

Gəncədə itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB

03.11.2023 11:19 211 baxış
IMG

Gəncədə itkin düşən məktəbli qız tapılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Qeyd olunub ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşən Gəncə sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yeri müəyyən olunaraq ailəsinə təhvil verilib. Qazaxda itkin düşən 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynovanın axtarışları isə davam edir.

10:14

Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Qazaxda 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynova ötən gün məktəbdən başı ağrıdığı üçün evə getmək adı ilə çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa Gəncədə 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yaşadığı evdən çıxaraq itkin düşüb.

Xəbər lenti