Logo

Təhsil naziri məktəblərdə şagirdlərin davamiyyətini açıqladı

29.03.2021 20:33 1168 baxış
IMG

"Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi".

 

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində bildirib.

 

O qeyd edib ki, şagird davamiyyəti 80 faizə qədərdir: "Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir".

Xəbər lenti