Logo

Gəncədə “Mənim Azərbaycanım” adlı konsert proqramı keçirilib - FOTO

03.11.2023 18:39 317 baxış
IMG

8 Noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

Tehsil.biz xəbər verir ki, festival çərçivəsində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında “Mənim Azərbaycanım” adlı  konsert proqramı reallaşıb.

Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.

Tarixi qələbəmizə həsr olunmuş konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən bir-birindən maraqlı rəqslər nümayiş olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Xəbər lenti