Logo

Gömrük Akademiyasının tələbələri arasında debat turniri keçirilib - FOTO

03.11.2023 18:55 336 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun “18 oktyabr - Müstəqilliyin Bərpası günü" və "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş “Hüquqşünaslararası” V daxili debat turniri keçirilib.

Bu barədə "Tehsil.biz"ə akademiyadan bildirilib.

Hüquqşünaslıq ixtisasının I-IV kurs tələbələrinin iştirakı ilə “Ölüm hökmü bərpa olunmalıdır” mövzusunda baş tutan turnirin ilk mərhələsi 18 oktyabr tarixində keçirilib. Debatçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər. Debatın final mərhələsində təsdiq mövqedə "Hüquqazidd əməl", inkar mövqedə isə “Kadr 25” komandaları qarşı-qarşıya gələrək kubok uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı keçən mübarizənin sonunda qalib debatçılar və natiqlər təltif olunublar.

Xəbər lenti