Logo

BSU-da yeni fakültələr yaradılır

03.11.2023 21:37 385 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 3 noyabr 2023-cü il tarixli iclasında universitetdə 2 yeni fakültənin yaradılması ilə bağlı məsələ müzakirə olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, Elmi Şuranın müvafiq qərarı ilə Humanitar və Sosial elmlər fakültəsi və Tərcümə fakültəsinin bazasında iki yeni fakültə-Qərbi Avropa dilləri və Şərqi Avropa dilləri fakültəsi yaradılıb,  Humanitar və sosial elmlər fakültəsi isə Sosial elmlər fakültəsi adlandırılıb.

Yeni fakültələrin yaradılması "BSU 2030" Strateji İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilib.

Yeni fakültələrin yaradılmasının məqsədi BSU-nun pedaqoji kadr hazırlığı və idarəetmənin optimallaşdırılması ilə keyfiyətinin artırılmasıdır.

Xəbər lenti