Bakı Mühəndislik Universiteti (BMU) İdman klubunun təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar I kurs tələbələri arasında mini futbol turniri keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, bir ay davam edən mini futbol turnirində 24 komanda iştirak edib. Yarışmanın nəticələrinə əsasən I yeri “Füzuli”, II yeri “Qubadlı”, III yeri isə “Xocalı” komandaları tutub.
Qalib komandalar BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən futbol geyim forması və fəxri fərmanla təltif olunublar.
Yarışa futbol üzrə yığma komandanın məşqçisi Rauf Əliyev hakimlik edib. Turnirdə yüksək oyun sərgiləyən iki tələbə - Abdulqəni Əliyev və Kənan Abbasov BMU-nun futbol üzrə yığma komandasının heyətinə cəlb olunub.