Logo

“Qadın əməyinin təşviqi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

03.11.2023 23:31 170 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Qadın əməyinin təşviqi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Rəşad Əhmədov, həmin şöbənin əməkdaşı Orxan Nadirov, Şəki-Zaqatala Regional Məşğulluq filialının sektor müdiri İlham Mikayılov, 12 nömrəli Yol İstismar MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhməd Əhmədov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkələrdən biridir. Son illər əmək münasibətləri sahəsində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas prinsiplərdən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün işçi hüquqlarının etibarlı müdafiəsi ilə yanaşı, işəgötürənlərlə sosial dialoq müstəvisində onlara zəruri metodiki dəstəyi təmin edən bir qurumdur. Qabaqcıl dünya təcrübəsindən irəli gələn risk əsaslı yanaşma modellərinin, ünvanlı, ədalətli və şəffaf nəzarət mexanizmlərinin tətbiqi, layiqli əməyin təminatına, əmək bazarının davamlı inkişafına töhfə vermək qurumun fəaliyyətinin əsas prioritetidir.

Çıxış edənlər ölkəmizdə qadınların əmək hüququ məsələsinə toxunaraq bildiriblər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə qadınların əmək hüququnun həyata keçirilməsində təminatlar sistemi müəyyən olunub.

Sonda suallar cavablandırılıb.

Xəbər lenti