Noyabrın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 88 nəfər iştirak edib
Növbəti rəqəmsal SAT imtahanının dekabrın 2-də keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Əlavə sual yarandığı halda [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.