Logo

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

04.11.2023 15:44 199 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

Adları qeyd olunan şəhər və rayonların sakinləri 16 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər lenti