Logo

Qeyri-formal təhsilin tanınması mövzusunda maarifləndirici seminar keçirilib

04.11.2023 16:09 408 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Vision Academy” arasında əməkdaşlıq memorandumu çərçivəsində “İnteryer və eksteryer dizayn” sahəsi üzrə peşə hazırlığı təlimlərində iştirak edən tələbələrlə “Qeyri-formal və informal təhsilin tanınması” mövzusunda seminar təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Seminarda çıxış edən qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif vasitələrlə peşə sahələrini öyrənən və çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. Bununla yanaşı, imtahanlarda iştirak üçün qeydiyyat mərhələsi və imtahan prosesi barədə geniş məlumat verilib. Sonda TKTA tərəfindən təqdim edilən sertifikat və diplom əldə edən şəxslərin əmək bazarına inteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasının əhəmiyyəti qeyd edilib.

Seminar zamanı iştirakçılara TKTA-nın fəaliyyət istiqamətlərinə dair geniş məlumat verilib. Eyni zamanda, tələbələrin sualları ətraflı və geniş şəkildə cavablandırılıb.

Xəbər lenti