Logo

“UNEC Ekspert” təqdim edir: Türk dünyası dövlətlərinin iqtisadi potensialı - FOTO

04.11.2023 17:58 376 baxış
IMG

“UNEC Ekspert” jurnalının Türk dünyası dövlətlərinin iqtisadi potensialına həsr olunan növbəti nömrəsi oxuculara təqdim olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, jurnalda türk dövlətlərinin təbii resurs və innovasiya potensialı, pul coğrafiyasının disbalansı, investisiya əməkdaşlığı, enerji, nəqliyyat və kommunikasiya sektorlarının inkişaf perspektivləri, ticarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və sair məsələlər UNEC ekspertləri tərəfindən geniş təhlil edilib.

Oxucular jurnalda türkdilli dövlətlərin iqtisadiyyatlarının mövcud durumu və inkişaf trendləri, eləcə də Azərbaycan iqtisadiyyatının son 30 il ərzindəki inkişafı ilə bağlı ekspert araşdırmaları ilə tanış olacaqlar.

Jurnalda Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi rektorlarının Səmərqənd şəhərində keçirilmiş görüşündə müzakirə olunan məsələlər, eləcə də Nobel mükafatçısı Əziz Səncərin ictimaiyyətin böyük marağına səbəb olan Türk Dünyasında elm, təhsil və texnologiyanın inkişafı barədə çıxışı yer alıb.

Xəbər lenti