Logo

272 nömrəli məktəbdə Zəfər Günü qeyd olunub - FOTO

04.11.2023 22:57 371 baxış
IMG

Ali Baş Komandan İlham Əliyevin və Müsəlləh Ordumuzun Azərbaycan xalqına yaşatdığı möhtəşəm bir gün  - “Zəfər günü” ilə bağlı noyabrın 4-də Bakının Nizami rayonu Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin 4a sinif şagirdləri tədbir keçirdiblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə canlarını ölkəmizin bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlər hazırladıqları şerlər ilə məktəbin kollektivi qarşısında çıxış ediblər.
Şagirdlərin qəlbindəki vətən sevgisi, qəhrəmanlıq ruhu tədbirdə iştirak edən hər kəsi heyran edib. 

Sonda məktəbin direktoru Səfurə Rəhimova məktəbdə şagirdlərin milli ruhda, vətənpərvər böyüməsinə xüsusi önəm verilməsindən, tez-tez bu mövzuda tədbirlərin keçirilməsindən və 4a sinif şagirdlərinin başda sinif rəhbəri Aysel Rüstəmova olmaqla bu tədbirə necə məsuliyyət və həvəslə hazırlaşdıqlarından danışıb.

Xəbər lenti