Logo

BDU tələbələri Fəxri xiyabanı və II Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

05.11.2023 00:03 321 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir qrup tələbə Fəxri xiyabanı və II Şəhidlər xiyabanını ziyarət edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, onlar Fəxri xiyabanda Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarının önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Fəxri xiyabanda torpağa tapşırılmış görkəmli elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin də məzarları ziyarət olunub.

Daha sonra tələbələr II Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarının üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini ehtiramla yad ediblər.

Xəbər lenti