Logo

“Məktəb də evimdir!” layihəsinə yekun vurulub - FOTO

05.11.2023 13:15 236 baxış
IMG

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” - valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı layihəsinin təlimləri keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, layihənin yekunu olaraq bağlanış mərasimi keçirilib.

Tədbirdə layihənin əsas məqsədinin məktəbin ibtidai siniflərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial durumun yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olduğu bildirilib.

Layihə çərçivəsində valideyn təşəbbüsləri həyata keçirilib. İbtidai sinif şagirdlərinin valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkib və məktəb dəhlizinin bəzədilməsi məqsədilə divara şəkillər çəkiblər.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 1-dən oktyabrın 30-dək olan dövrü əhatə edib.

Xəbər lenti