Logo

ADNSU ilə “Xəzri TN” MMC arasında Əməkdaşlıq memorandumu imzalanıb - FOTO

05.11.2023 22:37 281 baxış
IMG

“Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov və müəssisənin kommersiya müdiri Ramin Qasımov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar. 

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlıqla bağlı birlikdə görüləcək işlər və perspektiv məsələlər müzakirə olunub. 

Görüşdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov ADNSU tələbələrinin təcrübə və iş imkanlarından danışıb. O, universitetdə artıq 4 ildir ki, qida təhlükəsizliyi ilə bağlı ixtisasın tədris olunduğunu və bu sahədə konkret mütəxəssislər yetişdirildiyini bildirib. 

“Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında məlumat verdikdən sonra ADNSU-nun yetişdirdiyi mütəxəssislərə hər zaman ehtiyac olduğunu qeyd edib. O bildirib ki, əməkdaşlıq çərçivəsində müəssisədə təcrübə keçməsi və daimi işlə təmin olunması da prioritet istiqamətdir.  

Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən görüşdə tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.

Xəbər lenti