Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin bir qrup əməkdaşı “eTwinning” layihəsi çərçivəsində Türkiyədə işgüzar səfərdə olub.
Tehsil.biz xəbər verir ki səfər çərçivəsində təhsilin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb, layihəəsaslı təhsil modelinə dair yerli təcrübə nümayiş etdirilib.
Azərbaycanlı heyət Ankara şəhərindəki Yenilik və Təhsil Texnologiyaları Mərkəzini, Təhsil Texnologiyaları İnkubasiya və İnnovasiya Mərkəzini, həmçinin Ege məktəbini ziyarət edib.
Görüşlər zamanı rəqəmsal təhsil strategiyalarının həyata keçirilməsinə dair nümunələr təqdim olunub.