Logo

PMS imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

06.11.2023 12:17 446 baxış
IMG

12 noyabr 2023-cü il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün  linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası”

Xəbər lenti