Logo

BDU tələbələri Şirvan Milli Parkında ceyranları müşahidə ediblər - FOTO

06.11.2023 14:58 218 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının doktorantı Abdin Abbasovun müşayiəti ilə magistrant və tələbələr Şirvan Milli Parkında olublar.

Tehsil.biz xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Milli Park ərazisində ceyranları yaxından izləyib, say prosesində iştirak edib və beynəlxalq təcrübə ilə tanış olublar.

Şirvan Milli Parkında ceyranların müşahidəsi 4 istiqamət üzrə həyata keçirilib. Tələbələr ayrı-ayrı istiqamətlərdə bölünərək yerli və xarici mütəxəssislərlə birlikdə tədqiqatda iştirak ediblər.

Mütəxəssislər tələbələrə ceyranların respublikamızda yaşayış arealı, tarixi dinamikası, populyasiyalarının hazırkı vəziyyəti, çoxaldılaraq digər ərazilərə reintraduksiyası barədə ətraflı məlumat veriblər.

Xəbər lenti