Logo

“Qoşma TV” adlı yeni yutub kanalı yaradılıb

06.11.2023 15:15 273 baxış
IMG

Xalq yazıçısı Kamal Abdullanın ötən əsrin 80-ci illərində, Azərbaycan Dövlət Televiziyasında apardığı və geniş şöhrət qazanmış “Qoşma” verilişi “Yeni qoşma” adı ilə yenidən bərpa edilib.

Azərbaycan Dillər Universitetindən "Tehsil.biz"ə bildirilib ki, həmin veriliş “Qoşma TV” adlı yeni yaradılmış yutub kanalında yayımlanacaq. Bu kanalda tanınmış ədəbiyyat və mədəniyyət xadimləri ilə, eləcə də müxtəlif sahələrdə öz işinin peşəkarı olan insanlarla maraqlı söhbətlər aparılacaq.

“Yeni qoşma”da Kamal Abdullanı şair Qismət Rüstəmov müşayiət edir. Verilişin rejissoru Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğludur.

Qeyd edək ki, “Yeni qoşma”nın ilk buraxılışı “Qoşma”nın tarixçəsinə həsr edilib.

Aşağıdakı linkdən sözügedən verilişin ilk buraxılışını izləyə və kanala abunə ola bilərsiniz:

https://www.youtube.com/@QosmaTV/videos

Xəbər lenti