Logo

AzMİU-nun müəllimi Kapadokya Universitetinin müəllim və tələbələri üçün seminar keçib - FOTO

06.11.2023 20:01 552 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayeva Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Kapadokya Universitetində ezamiyyətdə olub.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Fidan Mustafayeva Kapadokya Universitetinin rektoru professor Hasan Ali Karasar, prorektorlar Vesile Şenol və İlhan Öztürk, fakültə dekanı professor Müge Artar, eləcə də Şəhərsalma kafedrasının müdiri və əməkdaşları ilə görüşüb, faydalı müzakirələr aparıb. O, həmçinin Kapadokya Universitetində dərslərə qatılıb, tədris prosesində yaxından iştirak edib.

Fidan Mustafayeva Kapadokya Universitetində tələbə və müəllimlər üçün “Müasir şəhərsalma strukturunda istirahət zonalarının əhəmiyyəti” mövzusunda seminar da keçib. Kapadokya Universiteti Şəhər və regional planlaşdırma departamenti və Kapadokya Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminar böyük maraqla qarşılanıb.

Seminarda Fidan Mustafayeva formalaşmış müasir şəhər mühitinin memarlıq-planlaşdırma quruluşu, standartları, xarakteristikası, eləcə də şəhərsalma strukturunda istirahət zonalarının əhəmiyyəti barədə danışıb.

Xəbər lenti