Logo

“Gələcəyin dayanıqlılıq liderləri – 2024” adlı birillik təlim proqramı elan edilir

07.11.2023 11:30 322 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin “Əbu-Dabi gələcək enerji” şirkəti “Gələcəyin dayanıqlılıq liderləri – 2024” adlı birillik təlim proqramı elan edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqramın təşkil olunmasında məqsəd tələbə və gənc mütəxəssislərin dayanıqlı inkişaf liderləri olmaları üçün onlara sahə üzrə bilik və təlim kursları, həmçinin elmi təcrübələr təqdim etməklə həmin şəxslərin davamlılıq gündəliyinə nail olmaqda fəal iştiraklarına şərait yaratmaqdır.

Təlim proqramına müraciət üçün son tarix 19 noyabr 2023-cü ildir.

Proqram barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti