Logo

İlham Əliyev və Mehriban Əliyeva Şuşada peşə məktəbinin və kollecin binasına baxış keçiriblər - YENİLƏNİB+FOTO

07.11.2023 20:50 201 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçiriblər.

Tehsil.biz xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi.

Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq və tövsiyələrini verib.

15:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti