Logo

Zəfər nəğməsi - BDU tələbəsi yazır...

08.11.2023 11:44 481 baxış
IMG

İndi azadlığa addımlar özün göstərdi 
İndi qismən belə yox, qalmadı torpaq dərdi 
İndi vicdan səsi mərdən oyadır namərdi 
İndi əzbərlədi milyonca nəfər, nəğməsini
İndi hər kəs oxuyur canla zəfər nəğməsini

İndi qardaşlıq olan yurd elə birlikdirki
İndi mənfur yağı, düşmən, başımız dikdirki
İndi qəlblər  elə  xoşbəxtliyə malikdirki 
İndi dil zümzümə etmirdə kədər nəğməsini 
İndi hər kəs oxuyur canla zəfər nəğməsini 

İndi düşdüm şəhərin canına çox şey aradım 
Ki vətən eşqinə məsul nəsə bir şey yaradım 
İndi səs salmadadır hər yana hərbim, paradım 
İndi dastanlara qeyd etdi şəhər nəğməsini
İndi hər kəs oxuyur canla zəfər nəğməsini 

İndi məktəbli zəfər minvalın öyrəndi dərin 
İndi, cəsur igid əsgər, bilinibdir dəyərin 
İndi məşhurluğa malikdir ey övlad hünərin 
İndi səsləndirir hamı kişi ər nəğməsini
İndi hər kəs oxuyur canla zəfər nəğməsini 

İndi yoldaşlığımız daimidir dinc əldi
İndi məhz yorğun ürəklər dar ayaq dincəldi 
İndi gücnən yeriyən insana qəlb güc gəldi
İndi hər kəs oxuyur canla zəfər nəğməsini 
Röyalın satmadı yalnız bu əsər nəğməsini

Röyal Əmrahov, BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti