Logo

AƏSMA-da “Zəfər yolu” adlı tədbir keçirilib - FOTOLAR

08.11.2023 13:47 319 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Humantiar fənlər kafedrasının müəllimi Aygün Bağırzadənin ssenarisi əsasında “Zəfər günü”nə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib.

Akademiyadan "Tehsil.biz"​​​​​​ə bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsində şəhadətə ucalan şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru profesor Hüseyn Qaraşov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışaraq qeyd edib ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirib.

“Zəfər yolu” adlı bədii kompozisiyada TGT, THİK, Yeni klub və Akademiyanın istedadlı tələbələri Azərbaycan xalqının ən qədim zamanlardan bu günə qədər olan igidliyini, mübarizliyini nümayiş etdiriblər. 

Sonda 2013-cü il Muğam Televiziya müsabiqəsinin diplomantı Murad Kəngərli “Turan ellərinə salam söyləyin” və “Gəz Qarabağda” mahnılarını ifa edib.

Xəbər lenti