Logo

“Zəfər salnaməsinin müəllifi - İlham Əliyev” adlı tədbir keçirilib - FOTO

08.11.2023 15:42 220 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Zəfər salnaməsinin müəllifi - İlham Əliyev” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tədbirdə BDU-nun Qərbi Azərbaycan İcmasının nümayəndələri, Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün beynəlxalq miqyasda və ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdiyini, “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olduğunu qeyd edib. Bildirib ki, hərbi əməliyyatların başladığı ilk günlərdən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Müzəffər Ali Baş Komaandan yalnız döyüşləri idarə etmədi, həm də mənfur qüvvələrin, Azərbaycanın haqq işinə xələl gətirməyə çalışanların təbliğat maşınlarını darmadağın etdi. Xarici KİV-lər vasitəsilə haqq işimizi dünyaya olduğu kimi çatdırdı. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini ifşa edən Ali Baş Komandan həm işğalçıya, həm də onun havadarlarına Vətən müharibəsində məğlubiyyətə düçar olacaqlarının anonsunu da öncədən verirdi. Bu, bizim gücümüzün, qüdrətimizin və inamımızın qələbəsi idi.

Mənbəşünaslıq-tarixşünaslıq kafedrasının müdiri, Milli Məclisin üzvü Anar İsgəndərov zaman ötdükcə böyük Zəfərin nəticələrinin, yaratdığı dəyişikliklərin daha dərindən araşdırılacağını bildirib.

Qərbi Azərbaycan İcmasının nümayəndələri, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Prezident kitabxanasının şöbə müdiri Nazim Mustafa son yüz ilin ən böyük qələbəsinin Ali Baş Komandan, Prezident İlham Əliyevin 20 il ərzində apardığı məqsədyönlü və uzaqgörən siyasətin nəticəsi olduğunu bildiriblər.

Sonda tələbələrin ifasında şeirlər səsləndirilib və Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Xəbər lenti