Logo

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib

08.11.2023 18:18 147 baxış
IMG

Noyabrın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan ADPU-nun Şəki filialının direktoru Rafiq Rasulov Vətən müharibəsində qazanılan Qələbənin tarixi köklərindən bəhs edib. O bildirib ki, bu Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.

Mərasimdə çıxış edən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü Böyük Zəfərə gedən yoldan, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətdən bəhs edib.

Tədbirdə “Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir”, “İşğaldan azad olunmuş ərazilərdə quruculuq: nəhəng infrastruktur layihələrinin reallaşdırılması”, “Ata vəsiyyəti və inamlı zəfər”, “Zəfər Günü bədii ədəbiyyatda” mövzusunda məruzələr dinlənilib.

Sonra Vətən müharibəsi qaziləri çıxış edərək fikir və təəssüratlarını bölüşüblər.

Xəbər lenti