Logo

BDU-nun şəhid məzunlarının məzarları ziyarət olunub - FOTO

08.11.2023 21:15 235 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin kollektivi fakültənin şəhid məzunları Fikrət Zeynallı və Şəhriyar Həbibinin məzarlarını ziyarət edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültənin kollektivi Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndində və Şəhriyar Həbibinin Lənkəran rayonunun Osaküçə kəndində yerləşən məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla anıblar. Fakültənin kollektivi, həmçinin şəhidlərin ailələri, dostları, təhsil aldıqları orta məktəblərin müəllimləri ilə görüşüb, bütün Azərbaycan xalqının onlarla fəxr etdiklərini söyləyiblər.

Qeyd edək ki, Fikrət Zeynallı 2020-ci ilin noyabrın 9-da Xocavənd uğrunda döyüşlərdə, Şəhriyar Həbibi isə noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Fikrət Zeynallı 2012-2016-cı illərdə, Şəhriyar Həbibi isə 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.

Xəbər lenti