Logo

AƏSMA tələbələri təhsil tələbə krediti haqda məlumatlandırılıblar - FOTO

09.11.2023 10:58 252 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Günay Xəlilova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) maarifləndirici görüş keçirib.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Akademiyanın “Qiymətləndirmə və monitorinq” bölməsinin müdiri Səidə Hüseynova və akademiyanın tələbə heyəti iştirak edib.

Görüşün əsas məqsədi tələbələrə təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatların verilməsi olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Xəbər lenti