Logo

“Bir millət, iki dövlət” adlı Beynəlxalq konfrans keçiriləcək

09.11.2023 14:00 219 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Bir millət, iki dövlət” adlı Beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Ankara Universitetində keçiriləcək konfransın açılış mərasimində Universitetin rektoru Necdet Ünüvar, BDU rektoru Elçin Babayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edəcəklər.

Sonra konfrans öz işini “Türk dünyası tarixində Heydər Əliyev” adlı panel iclası ilə davam etdirəcək.

Xəbər lenti