Logo

ADU-da "Erqoterapiya nədir?" mövzusunda seminar keçirilib

09.11.2023 14:47 281 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı, qardaş Türkiyə Cümhuriyyətindən dəvət edilmiş uzman erqoterapevt Abdulkadir Ulunun spikerliyi ilə "Erqoterapiya nədir?" mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, məlumatlandırma, maarifləndirmə xarakterli görüşə ali təhsil müəssisəsinin müəllim heyəti, Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələri, həmçinin ölkənin müxtəlif reabilitasiya mərkəzlərində çalışan mütəxəssislər qoşulublar.

Seminar spikerin təqdimatı, iştirakçıların ünvanladığı suallar əsasında müzakirənin təşkili ilə davam etdirilib.

Seminarın sonunda Uzm.Erg.Abdulkadir Ulu təşəkkürnamə ilə təltif olunmuş, iştirakçılar isə sertifikata layiq görülüblər.

Xəbər lenti