Logo

ADNSU-da şəhidlərə həsr olunmuş “Vətən yaşasın deyə” kitabının təqdimatı keçirilib - FOTO

09.11.2023 20:53 458 baxış
IMG

Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e -Kitab Evində kitab təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

ADNSU-nun da 4 nəfər şəhid məzunun yer aldığı Coşqun Xəliloğlunun (İbrahimli) ”Vətən yaşasın deyə” kitabının təqdimat mərasimində ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev,  Azİİ e-Kitab Evinin müdiri Səlahət Mahmudova, Qaz-neft-mədən fakültəsinin dekanı, professor Elman İskəndərov,  Energetika fakültəsinin dekan müavini Gülayə Məmmədova, kitabın müəllifi, AYB-nin üzvi, şair, fəxri neftçi, SOCAR-ın "Kompleks qazma işləri" trestinin texnoloji şöbəsinin rəisi Coşqun Xəliloğlu, AYB-nin üzvü, “Şirvan” nəşriyyatının direktoru, Qəsəm İsabəyli, o cümlədən universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evnin müdiri S.Mahmudova iştirkçıları salamlayaraq kitab haqqında ümumi məlumat verib. 

Sonra Elmi işlər üzrə prorektor, professor L.Qardaşova və dekanlar kitab haqqında fikirlərini bildiriblər. Çıxışçılar ADNSU-nun 4 nəfər şəhid məzunu haqqında əsərlərin də yer aldığı kitabı yüksək dəyərləndirib və müəllifə təşəkkürlərini bildiriblər. 

Daha sonra kitabın müəllifi C.Xəliloğlu 2023-cü ilin nəşri olan kitab haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, “Vətən yaşasın deyə” adlı kitabda 44 günlük II Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan, onların keçdikləri şərəfli yollardan bəhs edilir.

Kitabda 80 şəhidə, o cümlədən ADNSU-nun 4 şəhid məzununa - Şahgündüz Cabbarova,Teymur Rəsulova, Oqtay Ağabəyova və Alı Həsənliyə həsr olunmuş şeirlər və məlumatlar yer alıb.

Xəbər lenti