Logo

Bəstəkar Mobil Babayev vəfat edib

10.11.2023 10:26 366 baxış
IMG

Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Bəstəkar dünən gecə vəfat edib.

Onunla vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Mobil Babayev daha sonra Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.

Xəbər lenti