Logo

ADAU-nun baytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunub - FOTO

10.11.2023 16:34 243 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin II, III, IV və V kurs tələbələri üçün masterclass təşkil olunub.

Tehsil.biz xəbər verir ki, iki gün davam edən görüşlərdə ADAU-nun “baytarlıq” ixtisasının məzunu, veterinar-həkim Xətai Şirinov tələbələrə uğur hekayəsi və şəxsi təcrübələrindən danışıb. Bildirib ki, tələbələrin təcrübəli baytar-həkim olmaları üçün Aqrar Universitetdə bütün şərait yaradılıb.

Görüşlərdən sonra tələbələrlə birgə ADAU-nun Baytarlıq klinikasında ev heyvanlarında sınıqların bərpası və qısırlaşdırma prosesi həyata keçirilib. Erkək və dişi pişiklər üzərində aparılan tibbi müayinə və cərrahi proseslərdən sonra onların müşahidəsi və yemlənməsi tələbələrə həvalə olunub.

Xəbər lenti