Logo

BSU-nun müəllimi qadınlar məktəbində iştirak edib - FOTO

10.11.2023 17:00 274 baxış
IMG

Bakı Slavyan Universitetinin  müəllimi, Pan-Avropa Regional Şurasının Qadınlar Komitəsinin (PARŞ) prezidenti Röya Qarayeva 2023-cü il 7-8 noyabr tarixlərində Moldovanın Kişinyev şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional Şurasının Qadınlar Komitəsinin “ Həssas qruplar və gender ödənişləri və qadın hüquqları ilə bağlı digər boşluqları aradan qaldırmaq üçün çağırışlar” mövzusunda təşkil etdiyi qadınlar məktəbində iştirak edib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Qeyd olunub ki, görüşə 25-dən çox ölkənin həmkarlar ittifaqları təşkilatlarından 40-a yaxın nümayəndə qatılıb.

Xəbər lenti